Müğənni Bülənt Ərsoy Bursa konserti zamanı jurnalistlərin suallarını cavablandırıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı dünya şöhrətli bolqar müğənnisi Azisin “Ən böyük xəyalım Bülənt Ərsoyla duet oxumaqdır” sözlərinə belə münasibət bildirib:
“Onu heç tanımıram, məni bağışlasın. Mən təkcə Tarkanla duet oxudum. Ondan sonra isə kiminləsə duet oxumaq haqda fikirləşmədim. Bunu yekəxanalıq kimi dəyərləndirməyin”.