Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Axtarışlar nəticə verməyib, itkin düşənlər tapılmır- SON MƏLUMAT

Axtarışlar nəticə verməyib, itkin düşənlər tapılmır- SON MƏLUMAT

Date: 6 December 2015 23:34

"Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb".

 

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

 

"Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar", - deyə B. Ağarəhimov bildirib.

 

 

Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan "Nefteqaz-62" gəmisinə köçürülüb: "Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah, günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək".

 

O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.


Tags:  Axtarışlar nəticə verməyib itkin düşənlər tapılmır- SON MƏLUMAT

RƏYLƏR


Top news