Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvanda etiraz aksiyası

İrəvanda etiraz aksiyası

Date: 6 December 2015 23:44

Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, öncə paytaxtın Azadlıq meydanında mitinq keçirilib.

 

Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub.

 

Mitinq başlayana qədər İrəvan Polisinin rəis müavini Valeri Osipyan “İrs” Partiyasının lideri Raffi Ovanisyana xəbərdarlıq edərək, xalqı iğtişaşlara sürükləməməyə çağırıb, əks halda polisin ictimai asayişi təmin etmək üçün lazımi addımlar atmaq məcburiyyətində qalacağını deyib.

 

Mitinqdə çıxış edən R. Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. 

 

Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar.

 

O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.

 

Mitinqin ardınca isə xeyli sayda polisin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasının binası önünə yürüş başlayıb.

 

Yürüşə Təsisçi Parlamentin üzvü Jirayr Səfilyan və R. Ovanisyan rəhbərlik edir.

 

Qeyd edək ki, bu gün Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.


Tags:  İrəvanda etiraz aksiyası

RƏYLƏR


Top news