Azərbaycan atletləri Bakıda keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar

Azərbaycan atletləri Bakıda keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar
00:03 7 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayıblar.
Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçışda birincilik uğrunda mübarizə aparıblar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdiriblər.
Qızların yarışında 60 və 200 metr məsafəyə qaçışda Azərbaycan idmançısı Yelena Pextreva birinci olub. Uzunluğa tullanmada isə özbəkistanlı atlet Ugilay Abdulazizova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü Yelena Pextreva isə gümüş medal qazanıb.
Oğlanların 60 metr məsafəyə qaçış yarışlarında Türkiyə idmançısı Yiğit Yaşılçiçek birinci olub. Azərbaycan atletləri İlham İksanov və Vaqif Bağırov isə fəxri kürsünün ikinci və üçüncü pilləsində yer alıblar. Dörd yüz metr məsafəyə qaçışda özbəkistanlı Şakrux Baratov qızıl medal qazanıb. İlham İksanov isə bürünc medalla kifayətlənib. Uzunluğa tullanma yarışlarında yenidən türkiyəli Yiğit Yaşılçiçek fərqlənib. Atletimiz Yadulla İbrahimov isə turniri üçüncü pillədə başa vurub.
Yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_atletleri_Bakida_kechirilen_beynelxalq_turnirde_yeddi_medal_qazaniblar-908792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR