Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır
00:23 7 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 7 dekabr, AZƏRTAC
Bərdə rayonunda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi diqqət mərkəzindədir. Gənc nəslin Vətənin tarixini, adət-ənənələrini, milli mənəvi dəyərlərini dərindən öyrənməsi, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərində vaxtaşırı tədbirlər, görüşlər təşkil edilir.
AZƏRTAC xəbər verir ki, növbəti görüşlər rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə şəhər 1, 2 və 7 nömrəli orta məktəblərdə keçirilib. “Vətəni sevmək imandandır” devizi ilə təşkil olunan tədbirlərdə müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslin sağlam böyüməsi, keyfiyyətli təhsil alması və firavan gələcəyi üçün görülən işlərdən danışıb.
Rayon təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov Vətəninin tarixini, adət-ənənələrini, milli mənəvi dəyərlərini dərindən öyrənməyin hər bir gəncin borcu olduğunu bildirib, Prezident İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini yüksək qiymətləndirib.
Gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov idarənin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verib, şagirdlərə yaxşı oxumağı, Azərbaycanın tarixini, coğrafiyasını, mədəniyyətini dərindən öyrənməyi tövsiyə edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_ve_genclerin_vetenperverlik_ruhunda_terbiyesi_diqqet_merkezinde_saxlanilir-908793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR