Sarkisyan istəyinə çatdı

Sarkisyan istəyinə çatdı
01:01 7 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) konstitusiya dəyişikliyi ilə bağlı keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, islahatlara seçicilərin 74,87% -i “hə” deyib. 22,31% seçici isə islahatların əleyhinə səs verib.

Məlumata görə, səsvermədə 1 milyon 296 min 368 seçici iştirak etib. Bu isə ölkə əhalisinin 50,51%-nin seçkilərdə iştirak etməsi deməkdir.

Ötən gün Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilir. Ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinin lehinə və əleyhinə səs verirlər.


Ermənistanda konstitusiya islahatı seçkiləri


Əgər hakimiyyətin təklif etdiyi dəyişikliklər qəbul edilərsə, ölkə prezidentinin rəhbərlik dövrü əvvəlki kimi 5 il deyil, 7 il olacaq. Bundan başqa prezident ümumxalq səsverməsi ilə seçilməyəcək. Onu parlament deputatlarından və yerli idarəetmə orqanlarından təşkil edilmiş xüsusi qrup seçəcək.


Ermənistanda konstitusiya islahatları əleyhinə mitinq


Hazırda səsvermənin nəticələrinə görə, Serj Sarkisyan qalib görünür. Amma bir neçə ay ərzində ölkə əhalisi keçirilən referendum etiraz edirdilər. "İrs", Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqresi", ölkənin keçmiş prezidenti Robert Koçaryan seçkilərin əleyinə mitinqlər təşkil edirdilər. Dekabrın 1-dən Ermənistanda referendumla bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar bildiriblər ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq.

Ermənistan böyük mitinq astanasında

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR