Biz kimin tərəfindəyik? (VİDEO)

Biz kimin tərəfindəyik? (VİDEO)
01:51 7 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbycanın başqa bir şansı barədə. Tutaq ki, Rusiya “Türk axını” layihəsini bir tərəfli dayandırdı. Məgər biz həmişə bu layihənin TAP və TANAP kimi layihələrimizə əngəl, rəqib ola biləcəyindən narahat deyildik. Əlbəttə müttəfiqlərimizin niyyətlərinin baş tutmamasına sevinmək yaxşı görünmür. Amma təsəvvür edək ki, bu qarşıdurmadan Ermənistan udaydı. Bu yaxşı olardı? Yox əlbəttə. Rusiya da Türkiyə də dəfələrlə bəyan edib ki, onlar Azərbaycanın qüdrətli olmasını arzu edirlər. Deməli təsadüfə yaranmış şərait də buna işləyir.

İki müttəfiqimiz arasında yaranmış yeni münasibətlərin Azərbaycana başqa bir gözlənilməz hədiyyəsi ….qərənfillərdir… Qəribə səslənsə də, məhz qərənfillər. Rusiyanın Türkiyədən gətrilməsinə qadağa qoyduğu mal və məhsullar arasında qərənfillər də var.

İlk baxışda bəlkə də rabitəsizcəsinə yerinə düşməyən qərənfillərin əslində əsl yeri var. Gəlin təəssüflə də olsa xatırlayaq: Biz bir vaxtlar dünyanın 3-də birini, nəhəng Sovet İttifaqının qərənfil bazarını əlimizdə saxlayırdıq. Özü də kim edirdi bunu, bilirsiniz? Əsasən Nardaran. Camaatın başı iqtisadiyyatdan kənar məsələlərə qarışandan sonra Nardaran bu vəziyyətə düşdü.

25-30 il əvvəl Bakının ən varlı camaatı sayılan nardaranlıların indi adicə qaz və işıq pulu verməyə pulu yoxdur. Əziz qardaşlar, zəhmətkeş naradaran əhli, vaxtıdır. Əsl məqamdır. Qərənfillərin Rusiyada nə qədər populyar olduğunu xatırlayın. Elə indi tərpənək. Bu saat başlasaq “vosmoy marta” çatdırarıq. Rusiya bazarlarında qərənfillərmizin yeri görünür.

Bu saat belə bir sual dəbdədir. Kimin tərəfindəsiz? Lap uşaqların, Brüs Li vurar Şaka? - sualına bənzəyir. Uşaq suallarıdır. Bir az böyüyək. Gəlin sadəcə maraqlardan danışaq. Dövlət və millət maraqlarından. Razılaşaq ki, məcbur düşdüyümüz vəziyyətdən təsadüfən Azərbaycan udur. Rusiyanın qadağasından sonra Türkiyədə böyük miqdarda kənd təsərrüfatı məhsulu yığılıb qalıb. Və bu artıq qiymətlərə öz təsirini göstərib.

İki, bəzi sahələr üzrə isə iki dəfədən artıq ucuzlaşma var. Türkiyə itehsalçısının sevincinə şərik olmaq olar. Bəs nə? Birdən birə bazarda ucuzluqdur! Amma istehsalçını da başa düşməyə çalışaq. O əlində qalan məhsulu korlamamaq üçün əlverişli qiymətə satmalıdır. Deməli bu nəhəng həcm Azərbaycana gələ bilər. Bu isə təbii ki, burda da qiymətləri aşağı salacaq. Day alıcıya nə lazımdır. Amma burda da dövlət qurumları ehtiyatlı tərpənməlidir. Çünki bu baş verəcəyi təqdirdə Azərbaycan fermeri itirəcək. Daxili bazarı qorumaq üçün təcili tədbirlər də görmək lazımdır. Məsələn, elə rüsumlar tətbiq etməliyik ki, istehsalçını qoruya bilək.

Və nəhayət unutmayaq ki, bizim həll olunmamış Qarabağ problemimiz var. Burda Azərbaycanın mövqeyi praqmatik və reallığa əsaslanan olmalıdır. Problemə rəsmi tərəfdən yanaşsaq qardaşımız Türkiyə nə Minsk qrupunun həmsədridir, nə də danışıqlarda iştirak edir. Yəni Türkiyənin Qarabağ münaqişəsinə rəsmən heç bir dəxli yoxdur.

Rusiya isə ATƏT-in Minsk qrupunun həmsədridir və yeri gəlmişkən, bu yaxınlarda yeni təkliflər verib və xarici işlər naziri də bu barədə danışmışdı. Amma eyni zamanda da bu da var ki, Azərbycanın Türkiyə ilə hərbi əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləsi var. Rusiya ilə belə bir razılaşmamız yoxdur. Bu reallıq da göstərir ki, biz kimin tərəfindəyik. Bu saat Azərbaycanın unikal mövqeyi var. O müdrik davranmalıdır. İlham Əliyev kimi. Nə Rusiyaya irad tutmamalıyıq ki, Türkiyənin sərhəddini niyə pozur, nə də Ərdoğana deməliyik ki, niyə təyyarəni vurur. Azərbaycan baş vermiş hadisədən yalnız məyus ola bilər və məyusdur. Hər iki dövlət dost və qardaşımızdır. Deməli təbii bir vasitəçilik missiyamız var. Azərbaycan təmkinli barışıq siyasəti irəli sürmək və vasitəçi rolunu oynamaqla bu prosesdən böyük uduşla çıxa bilər. Bunu hətta Ermənistanda da başa düşürər.

Məşhur Erməni politoloq Aleksandr İskanderyanın cavabı bu baxımdan gerçəkliyi əks etdirir. “Azərbaycan komplimentar siyasətini davam etdirəcək. O həm Rusiyadan, həm də Türkiyədən ciddi surətdə asılıdır. Azərbaycan öz münasibətlərini bu dövlətlərin heç biri ilə korlamaq istəməyəcək. Bunu Rusiya da, Türkiyə də başa düşür. Ona görə də Azərbaycan pauza götürəcək və bu iki nəhəng qaya arasından ehtiyatla keçəcək. Bu mövqe Azərbaycan üçün ən rasional yoldur”. Düşmən dövlətin təmsilçisi olanda nə olar, adam doğru düşünür.

Deməli uşaq sevincəkliyi, hay-haray lazım deyil. Odun üstünə su səpməliyik. İki dövlətdir, bu gün küsüblər, sabah barışacaqlar. Gəlin bunu faciə kimi qəbul etməyək. Biz burda özümüzü yuyulmamış çömçə kimi ortaya atmalı deyilik. Azərbaycan müstəqil dövlətdir və onun öz siyasi kursu var.

Məsələn, Türkiyə Kosovanı tanıyır. Azərbycan Kosovanı tanımır. Rusiya Abxaziya və Osetiyanı tanıyır, Azərbaycan tanımır. Bu bir müstəqlil dövlətin anlaşılan siyasətdir. Məgər biz Kosovanı tanımayanda Türkiyə ilə düşmən olduq ki? Azərbaycanın dövlət kursu belədir ki, o birmənalı şəkildə separtçı qurumları tanıya bilməz. Həmişə belə olub. Biz Türkiyə ilə bir millət iki dövlətik. Düzdür. Amma iki dövlətik. İki ayrı dövlət. İki müstəqil dövlət və onların mövqeləri üst-üst düşməyə bilər.

Bütün bu sadaladıqlarımızdan sonra bir daha özümüzə gəlin bu sualı verək: Biz kimin tərəfindəyik? Bizim cavabımız belədir. Azərbaycanın tərəfində. Azərbaycan Azərbycanın tərəfindədi.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistana dəhşətli məxfi silahları HANSI ÖLKƏ VERİR? – ŞOK İDDİA

23 May 2017 15:18

İlham Əliyev: “On gün ərzində bir daha gördük ki...”

23 May 2017 15:17

Dubayda dəhşətli anlar - 7 ölü, 35 yaralı

23 May 2017 15:15

Məşhur gözəl hotel otağının eyvanında soyundu - FOTO

23 May 2017 15:12

OPEC-in Vyana sammitindən minimal nəticə gözlənilir

23 May 2017 15:12

Obama İtaliyada istirahət edir - FOTO

23 May 2017 15:12

Mübariz Qurbanlı vətəndaşları qəbul edib

23 May 2017 15:12

Paytaxtda ikinci əl avtomobillər ucuzlaşır

23 May 2017 15:11

“Dörd gün qaldı, qanlı hücumlar olacaq!” - Dünyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

23 May 2017 15:08

Xalq artisti jurnalistə hücum etdi - Məhkəmədə qalmaqal

23 May 2017 15:06

Dünya kinosunun ulduz xanımları bir arada - FOTO

23 May 2017 15:05

Mançesterdə daha bir partlayış

23 May 2017 15:03

Azərbaycan və Meksika arasında ticarət mübadiləsi iki dəfə artıb

23 May 2017 15:01

"Porto"nun baş məşqçisi klubdan göndərilir

23 May 2017 14:57

Aktrisa ad günündə sərxoş oldu, soyunub rəqs etdi - VİDEO - FOTO

23 May 2017 14:57

Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

23 May 2017 14:57

“Kəpəz”dən daha bir transfer

23 May 2017 14:57

Mançestr yenə həyəcanlandı - Ticarət mərkəzində partlayış səsi eşidildi

23 May 2017 14:55

Opera Teatrının əməkdaşları jurnalisti məhkəmədə təhqir və təhdid etdilər - QALMAQAL

23 May 2017 14:53

"Anamdan başqa itirəcəyim kimsəm yoxdur"

23 May 2017 14:52

Ən istedadlı bürc hansıdır?

23 May 2017 14:48

Sane Konfederasiyalar Kubokundan kənarda qalacaq

23 May 2017 14:47

Britaniyanın baş naziri: “Cinayətkarın kimliyi məlumdur”

23 May 2017 14:47

22 nəfəri öldürən kamikadzenin kimliyi məlum oldu

23 May 2017 14:43

Dövlət Komitəsi Hesablama Palatasının qərarını nəzərə almayıb

23 May 2017 14:42

Tramp İsraildə yəhudi kimi dua etdi - FOTO

23 May 2017 14:42

Alt paltarsız gəzən model paparassilərə hədəf oldu - FOTO

23 May 2017 14:42

Mançesterdə növbəti PARTLAYIŞ: AVM-dəki insanlar təxliyə edilir

23 May 2017 14:42

Prezident: "Azərbaycan müsəlman aləmini qərb aləmi ilə birləşdirdi"

23 May 2017 14:39

Bakıda sürücü ilə sərnişin arasında dava

23 May 2017 14:39

Yaponiyada bir həftə ərzində təxminən min nəfər isti hava ilə əlaqədar xəstəxanaya yerləşdirilib

23 May 2017 14:37

Və Nika Qazaxıstan klubuna getdi - SON DURUM

23 May 2017 14:37

Castin Biber boksla məşğul olur - FOTO

23 May 2017 14:37

Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək

23 May 2017 14:35

İslamiadanın bağlanış mərasimindən GÖRÜNTÜLƏR

23 May 2017 14:34

Prezident: "Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir"

23 May 2017 14:33

İlham Əliyev: “İslamiadadakı qələbə müstəqilliyimizin möhkəmləndirilməsinə növbəti töhfədir”

23 May 2017 14:33

Arvadı üçün efirdə paltarlarını yırtan Kənan: "Zəncirlə məni, sevirəm səni" - FOTO

23 May 2017 14:32

Ekspert: Azərbaycan yeni zirvədə olduğunu göstərdi

23 May 2017 14:29

Poliklinikalar pullu xidmət göstərə biləcək

23 May 2017 14:29

"Biz idmançılarımızla fəxr edirik" - İlham Əliyev

23 May 2017 14:29

"Terrorçunun şəxsiyyəti məlum oldu" - Tereza Mey

23 May 2017 14:27

Bərdədə avtomobil evakuatrdan aşıb

23 May 2017 14:27

4 gözəl qırmızı xalıda - FOTO

23 May 2017 14:27

Kukla Teatrının aktyoru yenidən tamaşaçı qarşısına çıxacaq

23 May 2017 14:27

​Musiqili Teatrda həftəsonu tamaşalar

23 May 2017 14:27

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

23 May 2017 14:24

Dünyada ilk - Türk mühəndis yanacaqsız işləyən reaktiv mühərrik düzəltdi - VİDEO

23 May 2017 14:23

Ələt ATZ ilə bağlı hesabat təqdim olunub

23 May 2017 14:22

Prezident: “İslam Həmrəyliyi Oyunlarındakı qələbənin çox möhkəm təməli var”

23 May 2017 14:22