"Əsas məsələ qələbə qazanmaq idi" - Roman Qriqorçuk

Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Xəzər Lənkəran"ın qonağı olan "Qəbələ" rəqibini Antonovun vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

Oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat nümayəndələrinin qarşısına çıxıb. Ukraynalı mütəxəssisin fikirlərini sizinlə bölüşürük:

"Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR