"Qarabağ" - "İnter" (1:0) oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze də mətbuat nümayəndələrinin qarşısına çıxıb.
Gürcü mütəxəssis "Qarabağ"la lazımınca mübarizə apara bilmədiklərindən danışıb:
"Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil".