Adil Şükürov: "Neftçi"yə qarşı oynamaq həmişə çətindir"

"Neftçi" - "Zirə" (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Adil Şükürovun da mətbuat konfransı keçirilib.

Şükürov "Neftçi" ilə oynamağın həmişə çətin olduğunu bildirib:

"Məlum faciədə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Digər tərəfdən biz gözləyirdik ki, ağır oyun olacaq. “Neftçi”yə qarşı oynamaq həmişə çətindir. Sevinirəm ki, “Neftçi” ilə oyuna yaxşı motivasiya olduq və 1 xal qazandıq. Qazanılan xala görə komandaya, “Zirə”dən gəlib bizi dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR