Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avrozona ölkələrində problemli borclar çoxalıb

Avrozona ölkələrində problemli borclar çoxalıb

Date: 7 December 2015 06:16

Dünya maliyə bazarlarında qeyri-stabillik müşahidə olunur. ANS PRESS-in məlumatına görə, İsveçrənin Beynəlxalq Hesablaşmalar Bankı bu barədə açıqlama verib. Bankın maliyyə və iqtisadiyyat şöbəsinin rəhbəri Klaudio Brio, əsasən, Avrozona ölkələrində problemli borcların çoxaldığına dair xəbərdarlıq edib. Onun sözlərinə görə, bu ay Amerikanın Federal Ehtiyat Sistemi kredit faizlərini artıracağı təqdirdə bir sıra ölkələr bundan ziyan çəkə bilər.

“Bu addım maliyyə bazarı üçün uyğun şərtləri olmayan, qlobal iqtisadi göstəriciləri zəif olan və ABŞ dollarına həssas olan bir neçə bazara təsir edəcək.” – deyə Brio bildirib.

Proqnozlara görə faizlərin artırılması dollarla borc alan ölkələrin borcu qaytarmasını çətinləşdirə bilər. Bu ölkələr sırasına, eyni zamanda, Braziliya, Çin, Rusiya və Hindistan da daxildir. Qrupun dollarla borcları 2009-cu ildən bəri iki dəfə artaraq 3 trilyon dollara çatıb.

Amerikanın Federal Ehtiyat Sistemi dekabr ayının 15 – 16-da bankın siyasi kursunu müəyyən etmək məqsədilə iclas keçirəcək.

Tags:  Avrozona ölkələrində problemli borclar çoxalıb


RƏYLƏR


Top news