Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“AJC” MMC-nin təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

“AJC” MMC-nin təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb

Date: 7 December 2015 06:48


Bakı, 7 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “AJC” MMC-nin faizli, təmin edilmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 11 milyon ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 11 min ədəd, bir istiqrazın nominal dəyəri min dollar, tədavül müddəti 720 gün, istiqraz üzrə faiz dərəcəsi 8 faizdir. “Standard Kapital” MMC anderrayter vəzifəsində çıxış edir.
İstiqrazları əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Tags:  AJC MMC-nin təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb


RƏYLƏR


Top news