Rusiya və Türkiyə. Açıq danışaq

Rusiya və Türkiyə. Açıq danışaq
07:47 7 Dekabr 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə gərginliyi yeni fazaya keçib. İndi tərəflər bir-birinin İŞİD-lə əməkdaşlığını sübut etmək məqsədilə faktlar təqdim etməyə çalışırlar. Niyə "çalışırlar" deyirik? Ona görə ki, təqdim olunanların faktlığı hələ ki, şübhəlidir.

Məsələn, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəlililəri foto şəkil və video kadrlar nümayiş etdirirlər və bunu Türkiyənin İŞİD-lə neft işbirliyinin təsdiqi kimi təqdim edirlər. Amma gəlin görək nə var bu kadrlarda? Adicə yük maşınları karvanı. Nə qədər ciddidir bunları göstərmək və iddia etmək ki, bunlarla iŞİD nefti daşınır. Bizdə bunlara el dilində tırlar deyirlər. Yaxşı balam, indi necə olsun day, heç kim Türkiyəyə alver etməyə də getməsin. 

Axı hamı bilir ki, Suriya və İraq əksər mallarla Türkiyə vasitəsilə təmin olunur, burda neftdən başqa da biznes münasibətləri var. Burda hardadır rusca benzovoz? Əsas fakt da bu kadrdır. Nə var, nə var, burda Türkiyə bayrağı dalğalanır. Ay balam bayraqdı da, Türkiyə bayrağıdı da. Türkiyə ərazisində Türkiyə bayrağı olar da. Sübut yox, dəlil yox, elə deyirlər e. Belə psedofaktlarla inandırmaq çətindir. 

Azərbaycan təbii ki, bütün bunlardan sonra Türkiyənin tərəfindədir. Amma hər şey daha mürəkkəbdir. Kimsə, lap elə Rusiya neft qaçaqmalçılığı ilə mübarizə aparırsa, biz onun tərəfində olmalıyıq... Poeziya buketi, nəğmə çələngi, qardaşlıq mahnıları bütün bunlar öz yerində. Amma neftin barreli artıq 43 dollardan da aşağı düşməyə başlayıb. İŞİD nefti 15 dollara satır. Əlbəttə bu Azərbaycanın da kisəsindən, büdcəsindən gedir. Belə çıxır ki, Rusiya İŞİD-lə mübarizə aparırsa, amma İŞİD-lə mübarizə aparırsa, bizim neftimizin qiymətini də qoruyur. Rusiya və Türkiyə. Açıq danışaq. 

Azərbaycan hər iki tərəfsiz yaşaya bilməz. Bir daha təkrar edirik. Biz Türkiyəni müdafiə edirik. Çünki Rusiya tərəfinin nümayiş etdirdiyi dəlil-sübut sayıla bilməz. Ona görə ki, dəlilər-sübuta qətiyyən oxşamır. Amma eyni zamanda Suriya ərazisində qeyri-qanuni neft alverinin qarşısını almaq uğrunda döyüşdüyünə görə biz Rusiyaya təşəkkür etməliyik. Hansı azərbaycanlı istəmir ki, neftin qiyməti əlverişli həddə çatsın. Neftin barrelinin 150 dollara olan xoş vaxtlarımız hanı? Bir ilin içində yorğanımız necə qısaldı? İndi ayağımızı bundan artıq qısalda da bilmirik. Onda gərə ayağımızı kəsək.    . 

Başqa bir məsələ. Sanksiyalardan danışaq. Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar nə qədər əcayib səslənsə də, bu gün Azəbaycanın əlinə işləyir. Əlbəttə iki dövlətin bir milləti kimi biz Türkiyənin üzləşdiyi problemdən üzgünük. Amma başqa tərəfdən bu dediyimiz şərin gətirdiyi xeyir də var. İndi tranzit yükləri çoxalacaq. Amma az idi, niyə? Çünki türk sürücülər Rusiyadan keçməklə böyük dairə vurmalı olurdular ki, baş ağrısı olmasın. Azərbaycan tranzit ölkədir. Buna qədər biz Şərqdən Qərbə çıxırdıq. Təsadüf elə gətirdi ki, Azərbaycan indi həm də Qərbi Şərqə aparan yola çevrilir.

Bizim vasitəmizlə Çin Avropaya mal aparmalıydı. İndi Türkiyədən Orta Asiyaya gedən yüklər bizdən keçməli olacaq. Bu isə Azərbaycanı Orta Asiya ölkələri üçün də mühüm tərəfdaşa çevirir. Hətta belə demək olarsa bizdən, bizim qərarımızdan asılı ölkələrin sayı artacaq.

Prezident İlham Əliyev bu yaxınlarda məhz post neft periodunda yük daşımalarının əhəmiyyətindən danışmış, bu sahəyə xüsusi əhəmiyyət verməyi tapşırmışdı: 

"Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək. Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq".

Dövlət başçısı əslində Şərqdən Qərbə doğru daşımanı nəzərdə tuturdu. Bu tərəfdən də Qərbdən Şərqə səmt də sözün həqiqi mənasında göydən düşdü. Vurulmuş bombardmançıyla bir yerdə. 

Amma biz burda da ehtiyatlı olmalıyıq. Türkiyədən Azərbaycan Rusiyanın Türkiyədən aldığından çox qəbul etməməlidir. Bəlkə hələ bu həcm bir qədər az olmalıdır. Qıcıq doğurmasın deyə.

Mir Şahin
Hesabat

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47

Müsəlmanı sevdiyi üçün öldürüldü

25 İyul 2017 22:42

Toy sahiblərinə “toy tutan” şadlıq evləri - QİYMƏTLƏR

25 İyul 2017 22:42

Depressiya xəstəliyinin əlamətləri

25 İyul 2017 22:42

Bu ölkədə pomidoru polis qoruyur

25 İyul 2017 22:42

Çimərlikdə "canlı hədəf" oldu - FOTO

25 İyul 2017 22:32

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir

25 İyul 2017 22:32

Azərbaycana məxsus yük maşını aşdı və yolu bağladı - VİDEO

25 İyul 2017 22:32

Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

25 İyul 2017 22:27

Kafedə yeyib-içdilər, axırda dava düşdü - BIÇAQLANMA

25 İyul 2017 22:23

Qarpız çəyirdəklərini qaynadaraq içməyin 4 faydası

25 İyul 2017 22:22

Quranda adı çəkilən Bələm Baura kim olub?

25 İyul 2017 22:17

Sumqayıtda üç uşağını atıb qaçan qadın!

25 İyul 2017 22:16

Mingəçevirdə 36 yaşlı şəxs döyülərək tanınmaz hala salınıb

25 İyul 2017 22:12

Osteoartrit xəstəliyi nədir

25 İyul 2017 22:12

Çavuşoğlu: “Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb”

25 İyul 2017 22:09

Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazanıb

25 İyul 2017 22:07

Məşhur model ailəvi istirahətdə - FOTO

25 İyul 2017 22:05

Frenk Sinatranın həyat yoldaşı 90 yaşında vəfat edib

25 İyul 2017 22:02

40 yaşlı qadınlara 20 məsləhət

25 İyul 2017 21:57

Kafedə yeyib-içdiyi tanışı bıçaqladı

25 İyul 2017 21:57

Görmə hallsünasiyaları

25 İyul 2017 21:52

Beynəlxalq Bankın reytinqləri yüksəldi

25 İyul 2017 21:49

İki azyaşlının bu VİDEOSU izlənmə rekordu qırır

25 İyul 2017 21:48

Avtomobil bazarında son durum

25 İyul 2017 21:48

Meksikada atışma baş verib, ölən və yaralananlar var

25 İyul 2017 21:47

Bakılılar üçün daha bir Bundesliqa klubu

25 İyul 2017 21:47

Məkkənin imam-cüməsinin hidayəti

25 İyul 2017 21:47

Çörək kəsdiyi tanışı tərəfindən bıçaqlandı

25 İyul 2017 21:44

Ketrin pivə, Meqan alma sirkəsi – məşhurların gözəllik sirri

25 İyul 2017 21:42

“Euronews” Azərbaycan halvasından reportaj hazırladı - VİDEO

25 İyul 2017 21:42

Haqla batil arasında 4 barmaq fasiləsi

25 İyul 2017 21:42

Burcu Esmersoyu Hindistanda inək yaladı - FOTO

25 İyul 2017 21:42

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

25 İyul 2017 21:37

"Bikini kraliçası" yeni fotolarını paylaşdı - FOTO

25 İyul 2017 21:32

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

25 İyul 2017 21:27

Bakı avtobusu: bir tərəfdə meyvə-tərəvəz çuvalları, bir tərəfdə sərnişinlər - VİDEO

25 İyul 2017 21:27

“Neftçi”nin növbəti rəqibi də Bundesliqa təmsilçisi olacaq

25 İyul 2017 21:27

"Keyxanım"ın Türkiyədə yaşayan "sevgili"si danışdı: "Bir-birimizlə əlaqə saxlayırıq" - FOTO

25 İyul 2017 21:22

Cəfəri və nanə çayı ilə qaraciyərinizi təmizləyin

25 İyul 2017 21:22

İmtahandan az bal topladı, evdən qaçdı - VİDEO

25 İyul 2017 21:22

Polis 5 yaşlı uşağı öldürəni əzişdirdi - VİDEO

25 İyul 2017 21:18

Niyam Salami kövrəldi: "O, mənim dərdimi çəkirdi" - FOTO

25 İyul 2017 21:17

Azərbaycanlı rəssam mismar və ipdən portretlər yaradır - VİDEO

25 İyul 2017 21:17

Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar: VALİDEYNLƏR DİQQƏT - VİDEO

25 İyul 2017 21:17

Günahlarının çoxluğu üzündən namaz qılmaqdan qorxan...

25 İyul 2017 21:17

Qobustanda ev quşları kütləvi şəkildə tələf olur - VİDEO

25 İyul 2017 21:12