Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçi Ramiz Həsənovun ölüm anı (TƏFƏRRÜAT, FOTO)

Neftçi Ramiz Həsənovun ölüm anı (TƏFƏRRÜAT, FOTO)

Date: 7 December 2015 08:01

“Bu gün evə gəlməli idi. Amma dünən gecə meyitini gətirdilər”.

Bu sözləri ANS PRESS-ə “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən Ramiz Həsənovun qohumları deyib.

Qohumlarının verdiyi məlumat görə, mərhum həm çoxlu qan itirib, həm də soyuqdan donub: “Qayıqla aşağı düşdükləri vaxt zəncir qırılıb və onlar suya düşüblər. Sonra o, estakadanın dəmirlərindən tutub yuxarı qalxıb və dəmirdən yapışıb qalıb. Ramiz başından və burnundan yaralar alıb. Burnu sınmışdı”.

Qohumlarının sözlərinə görə, Ramiz Həsənovun meyitini dünən səhər tapıblar. Günorta saatlarında isə gəmi ilə Lökbatandan xəstəxanaya gətiriblər: “Axıncı dəfə evə noyabr ayının 22-də gəlib. Onun meyiti dənizdən dünən tapılıb. Axşam saat 7-8 arası morqa getdik və 2 saatdan sonra onun meytini götürdük. Bu gün günorta dəfn edilib. O, Pirallahıda dəfn olunub. Dəfnin xərcləri dövlət tərəfindən qarşılanıb”.


Ramiz Həsənov - “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada həyatını itirən neftçi


Ramiz Həsənov "Günəşli" yatağında təmir briqadasında montajçı vəzifəsində çalışıb. Mərhumun 22 yaşında 1 oğlu, 24-27 yaşlarında isə 2 qızı var.

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.


Faciənin baş verdiyi platforma


Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Qəzadan sonra prezident İlham Əliyev Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.


Həmçinin oxuyun: Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)

Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu

Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)

Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)

Dünya liderləri İlham Əliyevə başsağlığı verir

Tags:  Neftçi Ramiz Həsənovun ölüm anı TƏFƏRRÜAT FOTO



RƏYLƏR


Top news