Kirayədə qalan Azər Axşam, tualet qarşısında yatan əməkdar artist, aparıcının doladığı Məleykə - HƏFTƏBECƏR

Kirayədə qalan Azər Axşam, tualet qarşısında yatan əməkdar artist, aparıcının doladığı Məleykə - HƏFTƏBECƏR
08:22 7 Dekabr 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (56-cı say) təqdim edir.

Həftə o qədər zəngin olub ki, bilmirəm, haradan başlayım, harada bitirim. Uşaq olanda məhəlləmizdə bir Almaz xala var idi. Nəvəsi əsəbləşdirəndə deyirdi ki, Rəhim, səni itirim, oturum elə. İndi Almaz xalanın sözü olmasın, bunların topasını itirim, oturum, adam bilmir, hansının dərdindən yazsın. Bilmirsən, nələri şərik düşüb. Şərik demişkən, meyxanaçı Samirəylə keçmiş duet şəriki Oqtay Kamil arasında neçə gündür, qırğındır. Oqtay qərdeşimiz məclislərin birində eləmə tənbəllik, de ki, mən Samirəylə yatıb-durmuşam, hətta divan-zad da "spisat" eləmişəm. Nə isə, bu söhbət gəlib çatıb Samirənin qulağına. Samirə də deyib ki, elənçik söhbət olmayıb. Əvvəla, Oqtay "razmerindən" böyük danışıb, ikincisi də zövqümdə deyil. Oqtay da deyib ki, Samirədən iy gəlir. Daha deməyib, harasından, onu yalan deyərəm. İndi olublar qanlı bıçaq. Allah mərdimazara lənət eləsin!

Azərbaycanda aktyorların güzəranı jurnalistlərdən heç də yaxşı deyil. Biz necə ki, öz işimizdən savayı ora-bura yazıb 5-10 manat qazanırıq, aktyorlar da ucuz-ucuz seriallara çəkilib balalarını dolandırırlar. Yəni, efirdə gördüyünüz hər adam milyonçu deyil. Məsələn, kimin ağlına gələr ki, Azər Axşam bundan sonra 17 il, hər ay 320 manat olmaqla kredit ödəyəcək. Hələ səkkiz ilini ödəyib. Evin də ümumi sahəsi cəmi 46 kvadratmetrdir. Hansı ki, bu boyda evdə bəzi müğənnilər itlərinin qarderobunu saxlayırlar. Əgər teatr, aktyorluq peşəsi dövlətə lazımdırsa, mütləq bir əncam çəkməlidir. Bu hələ tanınmış, üzdə olan aktyordur. Gör tanınmayan, sənətdə yeni olanlar nə gündədirlər.

Prodüser Tolik deyib ki, reklam xatirinə ailə qurmaq istəmirəm. Başa düşmədim, niyə təəccübləndiniz ki? Məgər Tolik evlənəndə nə olar? Görün özü nə deyib:

"Bəziləri kimi reklam xətrinə ailə qurmaq istəmirəm. El gözünə görə bu addımı atmaq istəmirəm. Ailə qursam, bir gün xəbəriniz olacaq ki, bir övladım var. Ailə qurduğumu heç kim bilməyəcək. Məni belə qəbul eləsinlər".

Allahın işini bilmək olmaz. Bir də gördün, sabah Tolik qucağında bir səkkizaylıq uşaqla efirə çıxdı ki, alın, bu da mənim oğlum, qızım.

Aparıcı Yusif Ağayev haqda ötən həftə yazmışdım. Elə yazmağıma bəndmiş kimi bu həftə yenə keçib iş başına. Bu dəfə xalq artisti Məleykə Əsədovanı ələ salıb. Ardınca da prodüser Mədinə Məliki. Mədinə Məlik də sağ olsun, "çaşıb" ona yaxşı cavab verib.

Azərbaycanda əməkdar artist doqquz kvadratmetrlik evdə, tualetin qabağında yatır. Söhbət Ədilə Əflakidən gedir. O xanımdan ki, 80-ci illərdə ən tələbatlı müğənnilərdən idi. Ancaq bu gün xəstə oğluyla birotaqlı, şəraitsiz, qəza vəziyyətində olan mənzilə sığınıb. Fikrimcə, Ədilə xanım dövlətdən 3-4 dəfə mənzil almış "manıs" oxuyanlardan heç də zəif deyil. Mədəniyyət və Turizm Nazirliyinin maraqlanması heç də pis olmazdı.

Rəsmi statistikaya görə, ölkədə doqquz milyon yarım vətəndaş var. Başqa bir statistikada isə bildirilir ki, Azərbaycanda il ərzində keçirilən mükafatlandırma mərasimləri əhalinin sayından iki dəfə çoxdur. Elə kimin restoranda bir administrator tanışı varsa, yerin qiymətini ucuzvari danışır, quşdan-muşdan, şüşədən-müşədən verir bu müğənnilərin əlinə. Hamısı da olur "ilin müğənnisi". Məsələn, ilin ən çox dombalaq aşan müğənnisi, ən yaxşı soyunan sənətçisi, sponsorunun sözündən çıxmayan cariyəsi və sairə. Özü də bu mükafatların sənət adamlarına verilməsinin maraqlı qaydası var. "Təşkilatçı" əvvəlcə müğənniyə zəng vurur və 300 manat qiymət oxuyur. Müğənni etiraz edir ki, mənə sizin printerdən çıxardığınız "fəxri fərman", "diplom" lazım deyil. Bu halda təşkilatçı müğənnini inandırır ki, narahat olmayın, "diplom"un arxasında məxməri parçası da olacaq. Mərasimə bir gün qalmış isə qiymət əlli manata düşür. O gün də belə bir mükafatlandırma mərasimi keçirilib. Daha kimlərə mükafat verilməyib ki? Məmə yeyəndən "pəpə" deyənə, sponsoru olandan olmayana, saxlayanı olandan olmayana - hamıya. Hamı da o həmin zadı əlinə alıb şəkil-zad çəkdirib sosial şəbəkələrdə paylaşıb. Mədəniyyət və Turizm Nazirliyi isə hələ də otellərə baxır: mədəniyyət, teatr, kino lazım deyil.

Nə isə, əsas can sağlığıdır. Özünüzdən muğayat olun. Gələn həftə "çıxdı günəş, partladı qaz "turbası" və "şəm yanır, pərvanə urisyetdədi" adlı geniş mühazirələrim olacaq. Yerini dəqiqləşdirən kimi yazacağam.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/387867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR