Milli Cəbhə Partiyası ölkəyə, xüsusilə də müsəlman ölkələrindən mühacirətə qarşı çıxır.
Fransanın ifrat sağçı - Milli Cəbhə (FN) Partiyası exit-poll nəticəsinə görə regional seçkilərdə böyük uğur qazanıb.
Milli.Az azadliq.org-a istinadən bildirir ki, partiyanın Fransanın 13 bölgəsindən ən azı 6-da qalib gələcəyi gözlənilir.
Müşahidəçilər bildirirlər ki, 130 nəfərin həyatına son qoymuş Paris basqınları millətçilərin seçki uğurlarına qəfil təkan verib.
Keçmiş prezident Nikolas Sarkozy-nin mərkəz-sağçı Respublika Partiyası ikinci, hakim sosialistlər üçüncü yerdədirlər.
Patiyanın lideri Marine Le Pen və onun qardaşı qızı Marion Marechal-Le Pen səslərin 40 faizinə sahiblənə biliblər.
Nicolas Sarkozy seçkinin ikinci dövrəsində sosialistlərlə hər hansı sövdələşməni istisna edib.
Milli Cəbhə Partiyası ölkəyə, xüsusilə də müsəlman ölkələrindən mühacirətə qarşı çıxır.
Prezident Hollande-ın şəxsi reytinqi 30 faiz artaraq 50 faizə çatsa da, onun sosialist partiyası populyarlığını itirməkdə davam edir.
Milli.Az