Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Desmond qasırğası: evlər su altında qalıb

Desmond qasırğası: evlər su altında qalıb

Date: 7 December 2015 08:42

İngiltərənin şimalında və Şotlandiyada Desmond qasırğasının davam etməsi nəticəsində daşqın sularının pik həddə çatacağı gözlənilir.

Milli.Az BBC-yə istinadən bildiriir ki, Kumbria və Şotlandiya sərhədlərində mindən çox insan evlərindən təxliyə edilib.

Hazırda İngiltərə və Şotlandiya arasında qatarların hərəkəti dayandırılıb, bir çox yollar bağlanıb.
Ətraf Mühit Agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.

Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Bazar günü şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.
Milli.Az




Tags:  Desmond qasırğası evlər su altında qalıb


RƏYLƏR


Top news