Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yəməndə rəsmi şəxslər öldürülüb

Yəməndə rəsmi şəxslər öldürülüb

Date: 7 December 2015 08:57

Yəməndə Ədən şəhərinin meri Jaafar Mohammed Saad onu aparan maşın karvanına edilmiş hücum zamanı həyatını itirib, təhlükəsizlik mənbələri deyir.
İslam Dövləti qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Yəməndə huti qiyamçıları demək olar ki bütün ölkəni, o cümlədən paytaxt Sana şəhərini zəbt ediblər.
Ədən şəhəri isə ilin əvvəlində hökümət qüvvələri tərəfindən geri alınıb.
Hadisə ötən gün BMT-nin xüsusi nümayəndəsinin prezident Abdrabbuh Mansour Hadi ilə Ədəndə görüşündən sonra baş verir.
BMT nümayəndəsi ölkədə 8 aydır davam edən vətəndaş müharibəsi tərəfləri ilə danışıqlar aparmaq üçün gəlib.
Şənbə günü həm də antiterror məhkəməsinin hakimi, onun iki oğlu və hərbi kəşfiyyat rəsmisi başqa hücumlar zamanı öldürülüb.
Cənab Hadi Ədəni İranın dəstəklədiyi huti qiyamçılarından geri aldıqdan sonra müvəqqəti paytaxt elan edib.
Milli.Az


Tags:  Yəməndə rəsmi şəxslər öldürülüb


RƏYLƏR


Top news