Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir"

"Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir"

Date: 7 December 2015 09:12

Xilasedici gəmilərdə bir dəyişiklik edilməlidir.

Trend-in məlumatına görə, bunu ANS-ə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, layihələndirilmiş estakadalar bu hüdürlüyə, yəni 13 metrəyə qədər hesablanmamışdı.

"Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alaraq estakadanı o hündürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burada biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hüdürlüyü qalxdı. Nəticədə dalğanın hüdürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib bundan nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. Çünki onlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə, üzə bilməyəcəkdirlər", - Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, platformada 63 nəfərin olmasına səbəb var.

"Biz orada əlavə olaraq daha 4 quyu qazmaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63-ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olamasa idi, əlbəttə, bu qədər adam olmayacaqdı", - Xoşbəxt Yusifzadə deyib.

Milli.Az


Tags:  Xilasedici gəmilərdə dəyişiklik edilməlidir


RƏYLƏR


Top news