"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə DİN yerli İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yol-nəqliyyat qəzası Almatı-Akterek-Alqa avtomobil magistralının Jambıl rayonunda baş verib. Hadisə "Mercedes-Benz"-lə "Toyota Windom"-un toqquşamsı nəticəsində baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın baş vermə səbəbi araşdırılır.