"Sumqayıt" "Kəpəz"ə, AZAL "Rəvan"a qarşı

"Sumqayıt" "Kəpəz"ə, AZAL "Rəvan"a qarşı
09:27 7 Dekabr 2015
68 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XV tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə matçlardan biri paytaxtda, digəri isə Sumqayıtda baş tutacaq.

Öncə meydana "Sumqayıt"la "Kəpəz" çıxacaq. Mövsümə uğurlu start verən "Kəpəz" son vaxtlar heç də özünə bənzəmir. Premyer Liqada 3 turdu qələbəyə həsrət qalan gəncəlilər ölkə kubokunda da artıq mübarizəni dayandırıblar. Turnir cədvəlində V pilləyə qədər enən "Kəpəz" bu uğursuz gedişata Sumqayıtda son qoymağa çalışacaq. "Sumayıt" da 4 turdu (2 heç-heçə, 2 məğlubiyyət) qalib gələ bilmir. Diqqətçəkən məqam bu komandalar arasında indiyə qədər keçirilən görüşlərin heç birində meydan sahiblərinin uduzmamasıdı. "Gənclik şəhəri" təmsilçisi, ümumiyyətlə, Sumqayıtda indiyə qədər "Kəpəz"ə xal verməyib.
 
Turun son matçında autsayderlər üz-üzə gələcək. AZAL "Rəvan"a qonaq olacaq. Bəhmən Həsənovun gəlişindən sonra yüksəlişdə olan və son 3 görüşdə 7 xal toplayan "sarı-qırmızılar" bu seriyanı davam etdirmək istəyir. "Rəvan" evində qələbə qazana bilsə, rəqibi ilə xal fərqini aradan qaldıracaq və turnir cədvəlinin sonuncusu olmaqdan qurtulacaq. AZAL isə ilk dövrədəki qalibiyyətin təsadüfi olmadığını sübut etmək istəyəcək.
 
Topaz Premyer Liqası
XV tur
7 dekabr
 
17:00. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
"Kapital Bank Arena"
İlk dövrədəki oyun: 3:1 
 
20:00. "Rəvan" - AZAL
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bayıl Arena"
İlk dövrədəki oyun: 0:1
 
Turnir cədvəli
 

1

Qarabağ

15

11

2

2

25-9

35

2

Qəbələ

15

7

6

2

23-10

27

3

Zirə

15

6

7

2

15-12

25

4

İnter

15

6

6

3

12-9

24

5

Neftçi

15

5

5

5

17-16

20

6

Kəpəz

14

5

5

4

15-14

20

7

Sumqayıt

14

2

6

6

13-19

12

8

Xəzər Lənkəran

15

3

3

9

10-20

12

9

AZAL

14

3

3

8

8-17

12

10

Rəvan

14

2

3

9

9-21

9

Bombardirlər:
Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ") - 6 qol, Dieqo Martins ("İnter") - 5 qol

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR