Cavid Qurbanov ANS-ə eksklüziv müsahibə verib (VİDEO)

Cavid Qurbanov ANS-ə eksklüziv müsahibə verib (VİDEO)
09:51 7 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə münasibətləri mövzusu "Hesabat"da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla da müzakirə edilib.

Konkret olaraq Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra yük daşımaların həyata keçirilməsi baxımından nə qədər artım var?

– Artım dəmiryolunda hiss olunmur. Qeyd edim ki, bir müddət əvvəl Rusiya sərhəddində Türkiyə məxsusu yük avtomobillərilə bağlı gərginlik yaşanmışdı. Artıq Azərbaycan tərəfindən bu yüklərin daşınması üçün lazımi şərait yaradılıb. Cənab prezidenti göstərişi ilə bu məsələ Tarif Şurasında da baxılıb və 40 faiz endirim edilib. Eyni zamanda gəmiçilik sahəsində də qiymətlərdə endirimlər edilib. Bəzi maneələr ortadan qaldırılıb. Bu isə öz növbəsində həm Türkiyə, həm Azərbaycan, həm də Orta Asiyada yaşayan iş adamları üçün yeni bir şəraitin yaranması deməkdir. Eləcə də yeni yüklərin bura cəlb olunması deməkdir. Əlbəttə ki, bu dəmir yolu ilə yüklərin daşınmasında da bu müsbət bir rol oynayacaq. Artıq tırların Poti və Batumidən qatarlar vasitəsi ilə daşınmasına çalışacayıq. Bu yolların tez bir zamanda dağılmasının qarşını almaqla yanaşı, həm ekoloji, həm də yüklərin ucuz qiymətə və tez bir zamanda mənzil başına çatmasına yol açır. Artıq biz bununla bağlı iş aparırıq. Yaxın vaxtlarda bunu reallaşdıracayıq.

– 40 faiz endirim edildiyini dediniz. Bu 40 faiz yalnız Türkiyə tırları ilə bağlıdır, yoxsa ümumiyyətlə bu hamıya aiddir.

– Burada söhbət Azərbaycan üzərindən keçən avtomobil yüklərin daşınmasında gedir. Amma dəmir yollar, gəmiçilikdə və limanalar isə özünün tarifini müəyyənləşdiri. Müəyyən bir hədd var ki, ondan yuxarı ola bilməz. Yüklərin cəlb olunmasına istiqamətində meyillik bir qədər artırılıb. Artıq bu yol vasitəsilə yüklərin daşınması bir çoxları üçün sərfəlidir. Bu yoldan istifadə edənlərin sayı tədricən artmağa başlayıb.

Daha ətraflı video-reportajda baxa bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR