"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..."

"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..."
10:17 7 Dekabr 2015
255 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilən zərərçəkənlər hadisə barədə təəsüratlarını bölüşüblər.
"Qayıq 42 nəfərlik idi. Gəmilər də yan alırdı, amma dalğa o qədər böyük idi ki, dalğadan bizə yaxınlaşa bilmirdilər. Onlar çox kömək eləmək istəyirdilər. Amma mümklün olmurdu, müəyyən məsafədən bizi müşayiət edirdilər. Yanğının üstünə su vururdular ki, sönsüz. Yəni çalışırdılar, çox çalışdılar bizə kömək etməyə, amma alınmırdı. Qayıq hamıya bəs edirdi, hamının jiletləri də var idi. Mən özüm şəxsən təşkil elədim, camaatı birinə yığdım. O salamat qalan qayığı mən özüm sallamışam. Lazım olan səviyyədə saxlamışam", - hadisənin şahidi olan neftçi İsmayıl Mehdiyev bildirib.
Onun sözlərinə görə, dalğalar 8-10 metrə qalxırdı.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yatagindaki-hadisenin-sahidi-qayiq-42-neferlik-idi-amma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR