Azərbaycan klubu erməni futbolçuya təklif göndərib?

Azərbaycan klubu erməni futbolçuya təklif göndərib?
10:17 7 Dekabr 2015
82 İdman
Ölkə mətbuatı
A- A+

Donetsk "Olimpik"i ilə yolları ayrılan erməni hücumçu Qeqam Kadimyan karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatına futbolçunun agenti Vadim Şabli məlumat verib.

O bildirib ki, müştərisi Avropanın bir neçə ölkəsindən, həmçinin Azərbaycan və Qazaxıstandan təklif alıb. Seçim qarşısında qaldıqlarını deyən Şabli müştərisinin karyerasını Ukraynada davam etdirmək variantının olduğunu da bildirib.

23 yaşlı hücumçu Ukrayna vətəndaşlığını daşıyır.
 
Qeyd edək ki, futbolun sirlərini Ermənistanın "Pünik" klubunda öyrənməyə başlayan Kadimyan 2006-cı ildə Xarkov "Arsenal"ına keçib. 2014-cü ildən "Olimpik"in formasını geyinən hücumçu Ukrayna çempionatında 17 oyunda 3 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR