Türk nazir: Azərbaycan qardaşlığını göstərdi

10:26 7 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda "Günəşli" yatağındakı 10-cu özüldə baş verən faciə ilə bağlı Azərbaycana başsağlığı verir, ölənlərin ailələrinə Allahdan səbr, yaralılara şəfa diləyirəm". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş iştirak etdiyi konfransda deyib.

Nazir Kayseridə keçirilən konfransda Azərbaycana başsağlığı verib. O, Azərbaycanın qardaşlığını, dostluğunu Rusiya ilə gərginik yaranandan bəri göstərdiyini deyib. "Azərbaycan Rusiya türk yük maşınlarının keçişinə əngəl törətdiyi üçün sərhəddə gözləyən 300 TIR-ın təhlükəsizlik keçidini təmin edib. Buna görə Azərbayacan prezidenti İlham Əliyevə dərin təşəkkür edirəm".


Gürcüstan-Rusiya sərhədində qalan Türk TIR-ları


M.Elitaş tranzit daşımalarında əldə edilən endirimlərin də yaxın zamanda tədbiq ediləcəyini açıqlayıb. "Viza ilə problemlər var idi. Onlar da düzələcək. Azərbaycan ilə aramızdakı səmərəli ticarət anlaşması baş nazirimiz və prezidentimizin təlimatı ilə sürətlədiriləcək".

Bir neçə gün öncə Türkiyənin baş naziri Əhməd Davudoğlu nazirlər - Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan , Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, köməkçiləri Yalçın Akdoğan və Mehmet Şimşək, İqtisadiyyat naziri Mustafa Elitaş, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Faruk Çelik, Mədəniyyət və Turizm naziri Mahir Ünal, Nəqliyyat, Dənizçilik naziri Binali Yıldırım müşayiəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Türkiyə və Avropanı qazla təmin edəcək TANAP layihəsinin sürətlənməsi barədə razılıq əldə edilib.

Həmçinin oxuyun:
Platformada xilas və itkin düşənlərin siyahısı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR