Neftçi Ramiz Həsənov necə ölüb? - TƏFƏRRÜAT - FOTO

Neftçi Ramiz Həsənov necə ölüb? - TƏFƏRRÜAT - FOTO
10:27 7 Dekabr 2015
97 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün evə gəlməli idi. Amma dünən gecə meyitini gətirdilər.

Milli.Az xəbər verir ki, bu sözləri anspress-ə "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən Ramiz Həsənovun qohumları deyib.

Qohumlarının verdiyi məlumat görə, mərhum həm çoxlu qan itirib, həm də soyuqdan donub: "Qayıqla aşağı düşdükləri vaxt zəncir qırılıb və onlar suya düşüblər. Sonra o, estakadanın dəmirlərindən tutub yuxarı qalxıb və dəmirdən yapışıb qalıb. Ramiz başından və burnundan yaralar alıb. Burnu sınmışdı".

Qohumlarının sözlərinə görə, Ramiz Həsənovun meyitini dünən səhər tapıblar. Günorta saatlarında isə gəmi ilə Lökbatandan xəstəxanaya gətiriblər: "Axırıncı dəfə evə noyabr ayının 22-də gəlib. Onun meyiti dənizdən dünən tapılıb. Axşam saat 7-8 arası morqa getdik və 2 saatdan sonra onun meytini götürdük. Bu gün günorta dəfn edilib. O, Pirallahıda dəfn olunub. Dəfnin xərcləri dövlət tərəfindən qarşılanıb".

Ramiz Həsənov "Günəşli" yatağında təmir briqadasında montajçı vəzifəsində çalışıb. Mərhumun 22 yaşında 1 oğlu, 24-27 yaşlarında isə 2 qızı var.

Dekabrın 4-ü axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Qəzadan sonra prezident İlham Əliyev Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR