Azərbaycanlı qızın ifası "O səs Türkiyə"də ortalığı qatdı - video

Azərbaycanlı qızın ifası "O səs Türkiyə"də ortalığı qatdı - video
10:31 7 Dekabr 2015
474 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin dünənki buraxılışında növbəti azərbaycanlı çıxış edib.

Axşam.az-ın məlumatına görə, Leyla Rəhimova səhnədə Selami Şahinin repertuarından "Özledim" mahnısını səsləndirib. İfasıyla bütün münsifləri heyran edən 27 yaşlı həmyerlimiz onlar arasında mübahisəyə səbəb olub.
 
Leylanı komandasında görmək istəyən müğənnilər Azərbaycandan yarışmaya gələn iştirakçıların çox güclü səs olduqlarını qeyd ediblər.

Sonda L.Rəhimova Murad Bozu seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə müğənnilər Ebru Gündeş, M.Boz, Hadise, Gökhan və Hakan Özoğuz əyləşib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42031

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR