Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mərkəzi Klinikada daha bir körpənin həyatı xilas olundu!

Mərkəzi Klinikada daha bir körpənin həyatı xilas olundu!

Xatunun uşağı ürəyi çöldə doğuldu - FOTO (06 Mart 2017 22:03)
Xatunun uşağı ürəyi çöldə doğuldu - FOTO (06 Mart 2017 20:05)

Tarix: 7 Dekabr 2015 10:33

Bakı. Trend:

Mərkəzi Klinikanın Yenidoğulmuşlar Cərrahiyyəsi Bölməsində yarımçıq doğulmuş 1800 qr çəkisi olan körpə nadir rast gəlinən xəstəlik səbəbi ilə uğurla əməliyyat olunmuşdur .
Bətndaxili ultrasəs müayinəsində Pilor atreziyası (Mədə çıxışının bağlı olması) diaqnozu qoyulan xəstə 34 həftəlik hamiləliklə normal doğuşla dünyaya gəldikdən sonra Mərkəzi Klinikaya köçürülmüşdür.Aparılan müayinələrdən sonra diaqnoz təsdiqlənmiş və Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr.Fuad Hüseynov tərəfindən yarımçıq doğulmuş 1800 qr körpə üzərində cərrahi əməliyyat icra edilmişdir. Xəstəyə Qastroduodenal anastamozun qoyulması (Mədənin 12 barmaq bağırsağa tikilməsi) əməliyyatı müvəfəqiyyətlə icra edilmişdir. Xəstənin əməliyyatdan sonrakı baxımı Mərkəzi Klinikanın Neonotologiya şöbəsində uğurla icra edilmiş, əməliyyatdan sonrakı 5-ci gün xəstə ağızdan yedizdirilməyə başlanmışdır. Uşaq hal-hazırda evdədir və normal uşaqlar kimi həyatına davam etdirir.

Qeyd edək ki yuxarıdakı diaqnozla doğulan uşaqlar nadirdir, 100000 uşaqdan biri bu xəstəliklə doğula bilər.

Əməliyyat olunan xəstənin yaxınları Mərkəzi Klinikanın bütün tibb kollektivinə göstərdikləri böyük kömək üçün təşəkkür edirlər.

Mərkəzi Klinika bütün növ pediatriya xidmətləri ilə kiçik xəstələrinin keşiyindədir. Övladlarınızı əminliklə Mərkəzi Klinikaya əmanət edə bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Mərkəzi Klinikada körpənin həyatı xilas olundu



RƏYLƏR


Top xəbərlər