Barak Obama: "Azadlıq qorxudan daha güclüdür"

Barak Obama: "Azadlıq qorxudan daha güclüdür"
10:34 7 Dekabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B. Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib. "Azadlıq qorxudan daha güclüdür", deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

 

B. Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la islam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".  

 

B. Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR