Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş direktor: "Hazırda xəstəxanada olan 9 nəfərin səhhəti sabitdir"

Date: 7 December 2015 10:37

O qeyd edib ki, xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və bütün müalicələrini lazımi şəkildə alırlar: "Xəstələrdən yalnız bir nəfər əməliyyat olunub ki, o da özülün rəisi Allahverdi Məmmədovdur. Onun da vəziyyəti normaldır". 
Baş direktorun sözlərinə görə, dekabrın 6-da daha bir xəstə-1976-cı il təvəllüdlü İsmayıl Mehdiyev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, lakin özünü pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıb: "İsmayıl Mehdiyev xəstəxanada olanda biz ona təklif etmişdik ki, burada qalsın. Ancaq o, təkidlə istədiyindən evə getməsinə razılıq verməyə məcbur olduq. Hazırda səhhətində ciddi problem yoxdur. Şok vəziyyətində olduğuna görə bir az qorxmuşdu Sadəcə nəzarət altında olması üçün xəstəxanada qalması məsləhət görülüb".
L.Seyidbəyli qeyd edib ki, xəstəxanadan evə buraxılan 21 nəfər dekabrın 7-də yenidən müayinə gələcək: "Çünki onlar bizim xəstəxananın poliklinikasında qeydiyyatdadır". 
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Tags:  Baş direktor Hazırda xəstəxanada olan nəfərin səhhəti sabitdir

RƏYLƏR


Top news