Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İran 8 ayda 900 kq kürü ixrac edib

İran 8 ayda 900 kq kürü ixrac edib

Date: 7 December 2015 10:38

Bakı. Təmkin Cəfərov - Trend:

Cari ilin ilk 8 ayında 900 kiloqram yetişdirilmiş kürü ixrac olunub ki, bu rəqəm 2016-cı ilin mart ayınadək 1,5 tona çatacaq. Bunu İranın "Şilat" balıqçılıq təşkilatının Balıqçılığın İnkişafı və Emalı İdarəsinin rəisi İsa Gülşahi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat verib.

İ.Gülşahi deyib ki, yetişdirilmiş kürünün 1 kiloqramı 1500-1600 dollara ixrac olunur.

Onun sözlərinə görə, ötən il İrandan digər ölkələrə 1 ton yetişdirilmiş kürü ixrac olunub.

Qeyd edək ki, hazırda Xəzəryanı ölkələrin əldə etdikləri razılığıa əsasən, Xəzərdə nərəkimi balıqların ovu qadağandır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  İran ayda 900 kq kürü ixrac edib


RƏYLƏR


Top news