“Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi”

“Tibb müəssisələrində kadr sənədləşməsinin özəlliyi”
10:38 7 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda hər bir sahə kimi səhiyyə sahəsində də çox böyük islahatlar aparılır.

Təbii ki, bütün bunlar tibb sahəsində kadr potensialını zənginləşdirməyi, eləcə də həkimlərin peşəkarlığının artırılmasını tələb edir. Son illər səhiyyədə, xüsusilə də özəl sektorda əldə olunan nailiyyətlər heç kəsə sirr deyil. 1993-cü ilin sonlarından etibarən səhiyyədə həyata keçirilən islahatlar nəticəsində özəl tibb mərkəzlərinin yaradılması və inkişafı ilə əlaqədar tədqiqatlar aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, mövcud qanunvericilik bazası təkmilləşdirilmişdir. Özəl tibbi xidmətlərin göstərilməsi üçün subyektlər arasında münasibətləri tənzimləmək məqsədi ilə 1999-cu il dekabrın 30-da “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bunlardan əlavə, Səhiyyə Nazirliyi tərəfindən son illərdə özəl tibb fəaliyyətinin müasir tələblərə cavab verən səviyyədə təşkili məqsədilə bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilmişdir.

Tibb sektorunda uzun müddət kadr sənədləşməsi xidməti üzrə iş təcrübəmiz olduğundan və bu istiqamətdə Azərbaycanda ilk autsorsinq müəssisəsi olduğumuzu nəzərə alaraq, bizə tez-tez müxtəlif suallar ilə müraciət edirlər. Verilən suallar geniş maraq dairəsini əhatə etdiyi üçün bəziləri ilə sizləri tanış etmək istərdik.

Sual: Özəl tibb müəssisələrində işçi sayı az olduğundan xüsusi olaraq, kadr işləri üzrə mütəxəssis dəvət edilməsinə ehtiyac varmı?

Cavab: Çox təəssüf ki, hazırda kadr sənədləşməsi müasir özəl tibb ocaqlarında mühasiblər tərəfindən aparılır. Onlar isə öz növbələrində yalnız mühasibatlıq işlərinin aparılması məqsədilə lazım olan sənədləşmə işini görürlər. Nəticədə tibb müəssisəsi müəyyən risklər ilə üzləşməli olur.

- İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr;
- İşçi axını;
- Müəssisənin işgüzar nüfuzunun aşağı salınması;

Sual: Həkim ilə müəssisə arasında münasibətlər necə tənzimlənməlidir?

Cavab: Həkim - işçi, müəssisə - işəgötürən qismində çıxış etdiyi üçün onlar arasındakı münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin həkim fərdi qaydada (qanunvericiliyin tələblərinə uyğun) fəaliyyət göstərdiyi halda, həmin şəxslə Mülki Məcəllənin tələblərinə uyğun olaraq, xidməti müqavilə bağlanılır.

Məhz buna görə də, Əmək Məcəlləsinin 6-cı madddəsinin “d” bəndində konkret yazılıb ki, podrat münasibətləri varsa, artıq əmək münasibətləri tətbiq oluna bilməz.

Sual: 15 yaşına çatmamış şəxsi kiçik tibb bacısı vəzifəsinə götürmək olarmı?

Cavab: Xeyr, olmaz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən, “əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız hesab edilir və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən, onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır”.

Sual: İşçi neçə iş yerində əvəzçilik üzrə çalışa bilər?

Cavab: Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın yarısından çox ola bilməz .

Sual: Əmək müqaviləsiz işçi işlətdiyi üçün işəgötürənə hansı cərimələr tətbiq oluna bilər?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, 53.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.

Sual: Sertifikat nədir və həkimlərə necə verilir?

Cavab: Sertifikat - ali və ya orta tibb təhsili almış şəxslərə özəl tibbi praktika ilə və ya əmək müqaviləsinə əsasən, özəl tibb müəssisəsində tibbi fəaliyyət ilə məşğul olmaq hüququ verən rəsmi sənəddir. Özəl tibbi praktika ilə məşğul olmaq üçün zəruri olan tibbi iş stajı 5 ildən, orta tibb işçiləri üçün isə 3 ildən az olmayaraq, müəyyən edilmişdir. Sertifikat - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən, ona müraciət etmiş şəxslərə attestasiyadan keçdikdən sonra tibbi fəaliyyətin hər bir növü üzrə ayrı-ayrılıqda verilir.

Sual: Əgər şəxs ali tibb təhsilini xarici dövlətlərin birində almışdırsa, o zaman həmin şəxsin özəl tibbi praktika ilə məşğul olması üçün nə etmək lazımdır?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 nömrəli qərarı ilə təsdiq edilmiş xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarına əsasən, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, əgər şəxs ali tibbi təhsilini xarici dövlətlərin birində almışdırsa, o zaman həmin şəxsin özəl tibbi praktika ilə məşğul olması üçün sertifikat almazdan əvvəl təhsilini təsdiq edən sənədin Azərbaycan Respublikasında tanınması lazımdır. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi sənədlər müvafiq dövlət qurumuna təqdim edilir. Əgər təqdim edilmiş sənədlər Azərbaycan Respublikası standartlarına uyğundursa, o zaman sənədlərin sahibinə diplomun tanınması haqqında şəhadətnamə təqdim olunur.
Gördüyünüz kimi, tibb sahəsinin kadr sənədləşməsinə dair suallar çoxdur. Biz sizə yalnız az bir qismini təqdim etdik. Tibb sahəsində kadr sənədləşməsinin özəlliyini nəzərə alaraq, bildirmək istəyirik ki, bu sahəni mühasiblər deyil, yalnız lazımı səviyyədə təcrübəsi olan hüquqşünaslar həll edə bilərlər.

Kadr sənədləşməsi tibb ocaqlarının əsas istiqaməti olmadığından, bu işləri autsorsinq şirkətlərinə həvalə etmək məsləhətlidir. Autsorsinq xidmətləri bazarında ən böyük təcrübəyə malik olan şirkətlərdən biri “Business Service Centre” MMC-dir. Adətən, mühasiblərin diletant formada apardığı kadr sənədləşməsini, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun şəkildə bizim müəssisəmizin ali təhsilli hüquqşünaslarından ibarət komandası yerinə yetirəcək.

Biz bu sahədə Sizə köməklik göstərməyə hazırıq!

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2466078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR