Şabranda qanunsuz quş ovu ilə bağlı reyd keçirildi

Şabranda qanunsuz quş ovu ilə bağlı reyd keçirildi
10:51 7 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Şabranda Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz quş ovu ilə bağlı reyd keçirib.


Qanunsuz ovla bağlı reyd keçirilib

ANS PRESS-in xəbərinə görə, Şabranın Xəzər dənizi sahillərindəki ovçuluq təsərrüfatlarının ərazisindən başlanan yoxlamalarda, ov edən insanların lisenziyalarının olub-olmamasına diqqət yetirilib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları qayıq vasitəsilə ovçuluq gölünə də baxış keçirərək, burada ov edən vətəndaşların ova icazələri ilə maraqlanıblar. Bu zaman sənəd və ov tüfənglərini təqdim etmək istəməyən ovçularla mübahisə də yaşanıb.


Ovçu ilə reyd aparan mübahisə edir

Ekologiya Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi idarəsinin rəisi Elman Quliyev ANS PRESS-ə bildirib ki, bu ilin oktyabr ayından, quş ovuna rəsmi icazə verilib:"Lazımi icazəsi olan hər kəsin quş ovlaması üçün indi şərait var. Ancaq bir şərtlə ki, ov mövsümü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarından tələb olunan lisenziya alınmalıdır." Təxminən 6 saatdan çox reyd aparılsa da,rast gəlinən bütün həvəskar ovçuların lisenziyasının və ovçuluq biletlərinin qaydasında olduğu müəyyənləşdı. DİN və Ekologiya Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı qanunsuzluk aşkar edilmədi.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR