Kadırovdan Azərbaycana abaşsağlığı

Kadırovdan Azərbaycana abaşsağlığı
10:51 7 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft platformasında baş verən yanğınla bağlı başsağlığı verib. ANS PRESS-in məlumatına görə, Kadırov bu barədə məlumatı İnstagram səhifəsində paylaşıb.

Başsağlığında deyilir: “Salam Əleyküm, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev! Biz “Günəşli” neft yatağında baş verən faciəli hadisə ilə bağlı kədər hissini sizinlə bərabər yaşayırıq. Platformadakı yanğın insan tələfatına gətirib çıxarıb, itkin düşənlər var.

Bu ağır zamanda bizim qəlbimiz Azərbaycan xalqı, "Günəşli" yatağındakı neftçilərin yaxınları və doğmaları ilədir. Əziz İlham Əliyev, sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah bütün ölənlərə rəhmət eləsin".




Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündəqaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.

Sürəti 37-38 metrə çatan külək, 10 metrlik dalağalar arasında 32 neftçinin həyatını xilas emək mümkün olub. Bir neçə nəfərin meyiti tapılıb. 29 nəfər isə itkin düşmük sayılır. Xilas edilən və itkin düşənlərin adları buradan tanaış ola bilərsiniz.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366630

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR