​EBRD Azərbaycanda biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsində yardım edir

​EBRD Azərbaycanda biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsində yardım edir
10:57 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təşkilatçılığı ilə yerli 15 konsaltinq şirkəti üçün seminar işə başlayıb. "Report" xəbər verir ki, üç gün davam edəcək seminar Azərbaycan məsləhətçiləri tərəfindən yerli kiçik və orta müəssisələr üçün təmin edilən biznes məsləhət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məsləhətçilərin bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilir. Bu seminar EBRD ilə birlikdə Sankt-Peterburqdan olan təcrübəli təlimçi Vladimir Çernyavski tərəfindən keçiriləcək.
"EBRD Azərbaycanda yerli məsləhətçilərin bacarıqları və peşə məharətinin artırılması üçün onlarla işləyir. Məsləhətçilər tərəfindən kiçik və orta müəssisələrə keyfiyyətli layihələrin təqdim edilməsi üçün məsləhətçilərin ixtisas sahəsi genişləndirilir", - deyə tədbirdə bildirilib.
“Layihələrin idarə olunması mövzusunda təlim məsləhətçilərin öz fəaliyyətini möhkəmləndirməsinə və kiçik və orta müəssisələrə daha yaxşı xidmət göstərməsinə yardım edəcək”, - deyə EBRD-nin Cənubi Qafqaz və Rusiya üzrə kiçik müəssisələr üçün məsləhət məsələləri üzrə rəhbəri Cef Ferri (Jeff Ferry) qeyd edib.
Seminar sayəsində məsləhətçilər layihələrin idarə olunması prinsiplərini və qabaqcıl təcrübəni tətbiq etməyi, geniş tədris praktikası vasitəsilə layihələrin idarə olunması bacarıqlarını inkişaf etdirməyi, risklərin idarə olunması metodlarını və risklərin yüngülləşdirilməsi strategiyalarını tətbiq etməyi, layihə heyətinə rəhbərlik etməyi və layihələrin gedişatını nəzarətdə saxlamağı öyrənəcəklər. Seminar "Konsaltinq biznesinizi inkişaf etdirin" adlı ixtisaslaşmış təlim kurslarının tərkib hissəsini təşkil edir və burada məsləhətçilərə effektiv və təsirli məsləhət xidmətlərinin göstərilməsi, eləcə də uğurlu konsaltinq biznesinin həyata keçirilməsi üçün əsas bacarıqlar, həmçinin resurslar və metodlar öyrədilir.
Avropa İttifaqı və EBRD tərəfindən maliyyələşdirilən seminar Azərbaycanın kiçik və orta müəssisələrinə yardım göstərmək məqsədilə daim inkişaf edən konsaltinq xidmətləri bazarının yaradılması uğrunda həyata keçirilən səylərin bir hissəsidir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladıqdan etibarən EBRD 700-dən çox müəssisənin inkişafına yardım göstərmək üçün onların konsaltinq sahəsində təcrübədən faydalanmasını təmin edib. Aİ 2003-cü ildən bu fəaliyyətin dəstəklənməsinə 3,7 mln. avro xərcləyib.
Qeyd edək ki, 64 ölkədə fəaliyyət göstərən və iki hökumətlərarası quruma malik olan EBRD bazar iqtisadiyyatı və demokratiyanın inkişafını dəstəkləyir.




Xəbərin orijinal ünvanı: http://report.az/biznes/ayi-b-azerbaycanli-meslehetcilere-biznes-meslehetlerinin-keyfiyyetinin-yukseldilmesinde-yardim-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR