Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Neftçi" üçün 2-ci, 3-cü yerlər hər zaman faciə olub"

"Neftçi" üçün 2-ci, 3-cü yerlər hər zaman faciə olub"

Date: 7 December 2015 10:57

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev "Zirə" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra matçla bağlı fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis müdafiə xəttindəki səhvlərdən narazılığını bildirib: "Bu, çox vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Erkən qol buraxdıq. Hesabı bərabərləşdirsək də, istədiyimizi əldə edə bilmədik. Müdafiədə belə səhvlər etmək düzgün deyil. Bu sarıdan problemlərimiz var. Səhvlər üzərində işləyəcəyik. Hər bir oyunçuya ehtiyacımız var. Bütün futbolçulardan yararlanmağa çalışacağıq. Görüləcək işimiz çoxdur. İnanıram ki, gələcəkdə arzuladığımız oyunla xallar qazanacağıq".

"Neftçi" qolu müdafiə xəttindəki səhvdən sonra buraxıb. Bu, Əsgər Abdullayevin "Neftçi"nin sükanı arxasındakı 4-cü matçında buraxdığı ilk qol və itirdiyi ilk xallar olub. Abdullayev isə bildirib ki, qol buraxmayan, məğlub olmayan komanda yoxdur: "Bu gün qol buraxdıq və bu, bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki, rahatlaşaq? "Neftçi" adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub".
Baş məşqçi, həmçinin Günəşli yatağındakı yanğın nəticəsində həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Milli.Az


Tags:  Neftçi 2-ci 3-cü yerlər hər zaman faciə olub

RƏYLƏR


Top news