Qaradağda sahibkarlardan investisiya layihələrinin qəbulu başlayır

11:03 7 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Qaradağ rayonunda sahibkarlarda prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ət kəsimi, şirniyyat məhsulları, plastik qapı-pəncərə, süni üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradagda_sahibkarlardan_investisiya_layihelerinin_qebulu_baslayir-908802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR