Ən məşhur qapıçı karyerasını başa vurdu

Ən məşhur qapıçı karyerasını başa vurdu
11:12 7 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "San-Paulu" klubunun qolkiperi, vurduğu qolların sayına görə qapıçılar arasında rekordçu olan 42 yaşlı Rojerio Seni peşəkar karyerasını başa vurub.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Seninin karyerasında son matç Braziliya çempionatının son turundakı "Qoyas"-"San-Paulu" qarşılaşması olub. "San-Paulu" bu matçı 1:0 hesabla başa vuraraq çempionatı 4-cü yerdə bitirib.

1992-ci ildən bəri "San-Paulu"da oynayan Seni bütün turnirlərdə qatıldığı 1256 matçda 131 qol vurub. Qolların əksəriyyətini o, penalti və cərimə zərbələri ilə vurub.
Braziliya yığmasının heyətində 15 matçda qatılmış Rojerio Seni 2002-ci ildə komandanın heyətində dünya çempionu olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR