Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən FİDE prezidenti vəzifədən uzaqlaşdırılıb

FIDE prezidenti İSTEFA VERDİ? - AÇIQLAMA (27 Mart 2017 17:27)
Yadplanetlilərlə görüşünün sirlərini açıqladı, sonra... - Prezidentinin müəmmalı İSTEFASI (27 Mart 2017 17:08)
Londondakı terrorda şübhəli bilinən daha 1 nəfər saxlanılıb (26 Mart 2017 21:42)

Tarix: 7 Dekabr 2015 11:12

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda FİDE açıqlama yayıb.
Qurumun İdarə Heyətinin qərarı ilə FİDE-yə Yunanıstanın Şahmat Federasiyasının rəhbəri Georgios Makropoulos başçılıq edəcək.
Qeyd edək ki, ABŞ-ın Xəzinə Nazirliyi Suriyada Bəşşar Əsəd rejiminə maliyyə yardımı göstərən və terrorçu İŞİD qruplaşmasından neft alınmasına vasitəçilik edən 4 nəfərə və 6 şirkətə qarşı sanksiya tətbiq edib və onların adları "qara siyahı"ya daxil edilib. Rusiyanın Kalmıkiya Respublikasının başçısı, FİDE-nin prezidenti Kirsan İlümjanov da sanksiyaya məruz qalan şəxslər arasındadır. 
Sanksiyaya məruz qalan şəxslər və şirkətlərin ABŞ-dakı bütün bank hesabları dondurulub. Həmin şəxs və şirkətlərin ABŞ-da ticarət fəaliyyəti qadağan olunub.

Teqlər:  İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən FİDE prezidenti vəzifədən uzaqlaşdırılıb



RƏYLƏR


Top xəbərlər