Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

SON XƏBƏR: itkin düşənlər tapılmayıb, yanğın davam edir

SON XƏBƏR: itkin düşənlər tapılmayıb, yanğın davam edir

Balıqçı qayığı gəmi ilə toqquşdu - İtkin düşənlər var (20 Mart 2017 23:53)
Balıqçı qayığı gəmi ilə toqquşub, itkin düşənlər var (20 Mart 2017 22:42)
Ukraynalı hərbçilər itkin düşdü (12 Fevral 2017 09:33)

Tarix: 7 Dekabr 2015 11:14

 

 

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

 

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

 

"Saat 11:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir", - deyə B. Ağarəhimov bildirib.

 

O əlavə edib ki, axtarış tədbirləri gəmilərlə və helikopterlərlə həyata keçirilir.

 

Baş mühəndisin sözlərinə görə, yanğını söndürmək hələ ki mümkün olmayıb.


Teqlər:  SON XƏBƏR itkin düşənlər tapılmayıb yanğın davam edir



RƏYLƏR


Top xəbərlər