Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

DSMF sığortaedənlərlə əlaqələrini genişləndirir

DSMF sığortaedənlərlə əlaqələrini genişləndirir

Date: 7 December 2015 11:14

Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri  ilə DSMF-un rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.

Qeyd edək ki, bu cür tədbirlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən “Açıq qapı günləri” - vətəndaş forumlarında  da geniş müzakirə olunur.


Tags:  DSMF sığortaedənlərlə əlaqələrini genişləndirir

RƏYLƏR


Top news