İngiltərəni su basıb - FOTO

İngiltərəni su basıb - FOTO
11:22 7 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin şimalında və Şotlandiyada "Desmond" qasırğasının davam etməsi nəticəsində daşqın sularının pik həddə çatacağı gözlənilir.

Kumbria və Şotlandiya sərhədlərində mindən çox insan evlərindən təxliyə edilib.

Karlaylda su səviyyəsinin pik həddə çatacağı gözlənilir.

Hazırda İngiltərə və Şotlandiya arasında qatarların hərəkəti dayandırılıb, bir çox yollar bağlanıb.

Ətraf Mühit Agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.

Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Bazar günü şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, Kambriyada 60 mindən artıq ev işıqsız qalıb. "Desmond" qasırğasına görə 10 min evin sakinləri təlxiyə olunublar.

Xilasetmə işlərinə polis və hərbçilər də cəlb olunub.

Karlaylda 2300 evi və tikilini su basıb.

Təxliyə olunmuş insanlara bu axşamadək evlərinə qayıtmamaq tapşırılıb.

Milli.Az










































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR