3 oyunda qapılara cəmi 4 qol vurulub (VİDEO)

3 oyunda qapılara cəmi 4 qol vurulub (VİDEO)
11:26 7 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ilk oyun günü 3 matç baş tutub.

ANS PRESS-in məlumatına görə, dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq hər 3 oyun bir dəgigəlik sükutla başlayıb.

Oyunlara gəlincə, son ölkə çempionu Ağdamın "Qarabağ" klubu öz meydanında "İnter"i qəbul edib. Oyunda hesabı 34-cü dəqiqədə Dani Kintana açıb. Kintana cərimə meydançası xaricindən topu tora qovuşduraraq, oyunda vurulan yeganə qola imza atıb.


"Qarabağ" - "İnter" oyunu

"Xəzər Lənkəran" isə, Xəzər Lənkəran mərkəzi stadionunda "Qəbələ"ni qəbul edib. Bu oyunda da cəmi bir qol vurulub. Beləki, 20-ci dəqiqədə "Qəbələ"nin futbolçusu Aleksey Antonov fərqlənib. Beləliklə, "Qəbələ" "Xəzər Lənkəran" üzərində minimal hesablı qələbə qazanıb. "Neftçi" isə öz meydanında "Zirə"ni qəbul edib. Oyunda hesab artıq matçın 4-cü dəqiqəsində açılıb. "Zirə" klubunun futbolçusu Luis Alberto Diez komanda yoldaşının ötürməsini qolla tamamlayıb. Ancaq "Zirə" klubunun azarkeşlərinin qol sevinci cəmi 6 dəqiqə çəkib. Matçın 10-cu dəqiqəsində "Neftçi"nin heyyətində Ruslan Qurbanov oyunda hesaba tarazlıq gətirib. Matçda başqa qol vurulmayınca, "Neftçi" - "Zirə" oyunu 1:1lik bərabərliklə yekunlaşıb.


"Neftçi" - "Zirə" oyunu

15-ci tura isə, bu gün keçiriləcək "Sumqayıt" - "Kəpəz" və "Rəvan" - "Azal" matçları ilə yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR