Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Naxçıvan: sərbəst güləş üzrə yoldaşlıq görüşündə 60 idmançı qüvvəsini sınayıb

Naxçıvan: sərbəst güləş üzrə yoldaşlıq görüşündə 60 idmançı qüvvəsini sınayıb

Date: 7 December 2015 11:28


Naxçıvan, 7 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın keçirilməsinin məqsədi və qaydaları haqqında idmançılara ətraflı məlumat veriblər.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yoldaşlıq görüşündə 9 çəki dərəcəsində 60 idmançı qüvvəsini sınayıb. “Naxçıvan” komandasının 6:3 hesabı ilə qalib gəldiyi yarışda fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar verilib.



Tags:  Naxçıvan sərbəst güləş üzrə yoldaşlıq görüşündə 60 idmançı qüvvəsini sınayıb



RƏYLƏR


Top news