Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Amerika islamla savaşmır"

"Amerika islamla savaşmır"

Date: 7 December 2015 11:32

ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B.Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib. "Azadlıq qorxudan daha güclüdür", - deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

B.Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirtməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la İslam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".   

B.Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib. O, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq ictimaiyyətin Suriyada atəşkəsə nail olunması və problemin siyasi yolla həlli prosesinə başladığını deyib: "Bu, Suriya xalqına, eləcə də bizim müttəfiqlərimizə və Rusiya kimi ölkələrə ümumi məqsədə - İŞİD-in məhvinə diqqəti cəmləşdirməyə kömək edəcək".  

Milli.Az


Tags:  Amerika islamla savaşmır


RƏYLƏR


Top news