Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Fitch" agentliyi "Kapital Bank"ın reytinq qiymətləndirməsini dayandırıb

"Kapital Bank" bayram günlərində xidmət göstərəcək (16 Mart 2017 13:33)
Kapital Bank bayram günlərində xidmət göstərəcək (16 Mart 2017 10:57)
Fitch: "Bir sira bankların müflis olacağını gözləyirik" (16 Mart 2017 10:42)

Tarix: 7 Dekabr 2015 11:32

"Report" xəbər verir ki, reytinq qiymətləndirilməsi prosesinin dayandırılması "Kapital Bank"ın reytinq prosesində iştirakdan imtina etməsi ilə bağlıdır. Agentlik də öz növbəsində reytinq qiymətləndirilməsini həyata keçirmək üçün lazımi məlumatlara sahib olmadığı üçün prosesi dayandırmağa məcbur olduğunu bildirib.
Qeyd edək ki, "Fitch" agentliyi 2015-ci il sentyabrın 21-də "Kapital Bank" ASC-nin uzunmüddətli kredit reytinqini "B+"-dan "BB-" və dayanıqlıq reytinqini "b"-dən "b+"-a yüksəldib. Agentlik, kredit reytinqindəki artımı banka lazım olduğunda dövlət dəstəyinin mümkün ehtimalına əsaslanaraq verdiyini bildirib. Dayanıqlıq reytinqi isə bankın dollarlaşma balansının münasib səviyyədə olmasının valyuta risklərinə məhdud təsiri, bankın aktivlərinin keyfiyyəti və rentabelli olması, kapitallaşmanın yüksək səviyyədə olması ilə əsaslandırıb.

Teqlər:  Fitch agentliyi Kapital Bankın reytinq qiymətləndirməsini dayandırıb



RƏYLƏR


Top xəbərlər