Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şöbə müdiri: ​Matəm günü reklam yayan televiziyalar haqda arayış tərtib olunub

Şöbə müdiri: ​Matəm günü reklam yayan televiziyalar haqda arayış tərtib olunub

Date: 7 December 2015 11:37

Bakı. 7 dekabr. REPORT.AZ/ "Dekabrın 6-da Azərbaycanda matəm günü elan olunmasına baxmayaraq ölkənin bəzi televiziya kanalları efirdə reklam yayınlayıb".
Milli Televiziya və Radio Şurasından (MTRŞ) "Report"a verilən məlumata görə, reklam yayımlanması halı ANS, "Space" və "Xəzər" televiziyalarında müşahidə olunub.
Qurumdan bildirilib ki, reklam yayımı daha çox "Xəzər" televiziyasında müşahidə edilib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, məsələ ilə bağlı arayış tərtib olunub və rəhbərliyə təqdim olunub.
Qeyd edək ki, "Reklam haqqında" qanunun 20.8-ci maddəsinə görə, ölkədə elan olunmuş matəm günlərində teleradio verilişlərində reklam yayımlanması qadağandır.

Tags:  Şöbə müdiri Matəm günü reklam yayan televiziyalar haqda arayış tərtib olunub

RƏYLƏR


Top news