Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD qubernatoru partlatdı - FOTO

İŞİD qubernatoru partlatdı - FOTO

Tarix: 7 Dekabr 2015 11:42

Yəmənin mərkəzi Ədən vilayətinin qubernatoru Cəfər Məhəmməd Səad bazar günü terror aktında həlak olub.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "canlı bomba" olan terrorçu idarə etdiyi maşını qubernatorun kortejinə yönəldib. Terrorçunun sürdüyü maşın partladıcı maddə ilə yüklənmişdi.

Partlayışda qubernatorla bahəm, onun 6 mühafizəçisi də həlak olub, 7 nəfər yaralanıb.

Terror aktına görə məsuliyyəti "İraq və Şam İslam Dövləti" (İŞİD) boynuna götürüb.

Yəməndə illərdən bəri vətəndaş müharibəsi davam edir. Yerli husilərin "Ənsar Allah" hərəkatı və sabiq prezident Əli Abdalal Salehə sadiq qoşunlarla qovulmuş prezident Əbd Rəbbo Mənsur Hadinin tərəfdarları vuruşurlar.

Səudiyyə Ərəbistanını başçılıq etdiyi koalisiya Hadini hakimiyyətə qaytarmaq üçün ölkəyə qoşunlar yeridib, bombardmanları gerçəkləşdirir.

Milli.Az











Teqlər:  İŞİD qubernatoru partlatdı FOTO



RƏYLƏR


Top xəbərlər