Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DSMF sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini genişləndirir

DSMF sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini genişləndirir

Date: 7 December 2015 11:43

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini daha da genişləndirir.

Fondu İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir.

Bu tədbirlər çərçivəsində debitor borcları olan sığortaedənlərin səlahiyyətli nümayəndələri ilə Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi və aidiyyəti struktur bölmələrinin rəhbər işçilərinin ardıcıl görüşləri keçirilib. Həmin görüşlərdə məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının ödənilməsi tədbirlərinin gücləndirilməsi başlıca müzakirə predmeti olub.

Qeyd edək ki, bu cür tədbirlər Dövlət Sosial Müdafiə Fondu orqanlarının fəaliyyətinin çox vacib istiqaməti olan məcburi dövlət sosial sığortası sahəsində informasiya-maarifləndirmə işləri çərçivəsində davamlı olaraq reallaşdırılır. Sosial sığortanın praktiki məsələləri sığortaedənlərin nümayəndələrinin, həm də bilavasitə sığortaolunanların iştirakı ilə bütün bölgələrdə keçirilən «Açıq qapı günləri»-vətəndaş forumlarında da geniş müzakirə olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  DSMF sığortaedənlərlə sosial tərəfdaşlıq əlaqələrini genişləndirir

RƏYLƏR


Top news