Tatarıstan "Turkvision"dan imtina etdi

Tatarıstan "Turkvision"dan imtina etdi
11:46 7 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Tatarıstan bu il keçiriləcək "Turkvision" yarışmasında iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, dekabrın 13-dən 20-dək İstanbulda keçirilməsi nəzərdə tutulan Avroviziyanın türk versiyası olan "Turkvision" yarışmasında bu il Tatarıstan Respublikası iştirak etməyəcək. Buna səbəb isə Rusiya Türkiyə münasibətlərinin gərginləşməsidir.

Yarışmanın böyüklər üçün nəzərdə tutulan hissəsində "Yamle qızlar" vokal kvarteti, uşaqlar üçün olan müsabiqəsində isə "Səs uşaq" yarışmasının finalisti Səidə Muxametzyanova iştirak etməli idi.


Səidə Muxametzyanova

"Yamle qızlar" vokal kvarteti


Ümumiyyətlə, bu il keçiriləcək "Turkvision" mahnı müsabiqəsində 26 deyil, 21 ölkə iştirak edəcək. Bu il yarışmadan Tatarıstanla yanaşı, Altay, Başqırdıstan, Tuva, Xakasiya, Saxa da imtina edib. Buna səbəb Rusiya-Türkiyə hadisəsindən sonra Rusiyanın Mədəniyyət Nazirliyinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmasıdır.

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Saha, Tatarıstan, Tuva, Xakasiya respublikalarının başçılarına teleqram vuraraq, təcili adı çəkilən təşkilatla əlaqələrin dayandırılması haqqında tapşırıq verib.


Vladimir Medinski - Rusiyanın Mədəniyyət naziri


Amma "Turkvision", əslində, Türkiyəyə məxsus yarış deyil. Bu müsabiqə 2013-cü ildən Azərbaycanın TMB telekanalı tərəfindən qurulan yeni beynəlxalq mahnı müsabiqəsidir. İlk müsabiqə Türkiyədə Əskişəhərdə Anadolu Universitetində keçirilib. Müsabiqəni 210 xalla Azərbaycan təmsilçisi Fərid Həsənov "Yaşa" mahnısı ilə qazanıb. Türk xalqlarının yarışının təşkilatçıları həm də Kazanın "Meydan" kanalı ilə də əməkdaşlıq edir.

"Turkvision" mahnı müsabiqəsinin 2016-cı ildə Azərbaycanda, Şəkidə keçirilməsi nəzərdə tutulur.


Bu il "Turkvision" mahnı müsabiqəsindən imtina edən ölkələr




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR